Koronavirusa qarşı uğurlu çalışması ilə nümunə göstərilən ölkələrin başında gələn Yeni Zelandiya epidemiya başladığı gündən bu yana dünyanın ən böyük konsertinə səhnə olub.
“İki sahil” xəbər verir ki, Yeni Zelandiyanın ən böyük idman stadionu Aucklanddakı Eden Parkda təşkil edilən Six60 rok qrupunun konsertinə qatılan əlli min nəfər insan sosial məsafəsiz mühitdə əyləndilər. Konsertə gələn minlərlə insan sosial məsafəni qorumamaqla yanaşı maskalar da taxmadı. 50.000 insana konsert verən Six60-in solisti Matiu Walters “Məhdudiyyətlərin altında olmağın necə olduğunu bilirik. Çox dəhşətli idi. Bir də nə vaxt konsert verə biləcəyimizi bilmirdik. Ancaq Yeni Zelandiyada bir neçə səbəbdən bəxtimiz gətirir” deyib. Konsertə qatılan musiqisevərlər köhnə həyatları üçün darıxdıqlarını və konsertdəki izdiham arasında birlikdə mahnı oxumaqdan məmnun olduqlarını dilə gətiriblər. Digər tərəfdən, konsert Yeni Zelandiyanın epidemiyaya ciddi nəzarət etməkdə qazandığı müvəffəqiyyətin bir sübutu kimi qəbul edildi. Ölkə sərhədlərini bağlayaraq və diqqətlə aparılmış bir test izləmə sisteminə sahib olmaqla uğurlu bir "sıfır COVID" siyasətini həyata keçirdi.
Xatırladaq ki, Yeni Zelandiyada pandemiya başlayandan bu yana yalnız 2601 virusa yoluxma və 26 ölüm hadisəsi qeydə alınıb.
Vüsal Cahanov, “İki sahil”