Kanadanın Tambler-Ric şəhərinin minlərlə sakini internetsiz qalıb.
"İki sahil" xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Qeyd olunub ki, qunduzlar çayda bənd qurmaq üçün ağac budaqlarını gəmirən zaman internet kabellərini zədələyiblər.
Şirkət əməkdaşları internet və rabitəni bərpa ediblər. Lakin hadisənin təkrarlana biləcəyi ehtimal olunur.