Türkiyəli mütəxəssis Kamal Üstün imsakda bir şey yeyilməsə belə ağızdakı mikroorqanizmlərin çoxaldığına diqqət çəkərək deyib ki, bu səbəbdən dişlər mütləq fırçalanmalıdır. Dr. K.Üstün ağız və diş sağlamlığına ramazan ayında da önəm verilməli olduğunu söylədi.
Oruclu olarkən uzun zaman ac və susuz qalındığını deyən Üstün qeyd edib ki, alacağımız bir neçə tədbirlə ağız və diş sağlamlığımızı qoruya bilərik: “Çürüklərin, dişəti xəstəliklərinin və ağızda yaranan qoxuların səbəbi ağız içərisində olan mikroorqanizmlərdir. Bu səbəbdən imsakdan əvvəl və iftardan sonra dişlərimizi fırçalamaq və diş ipi ilə dişlərin ara səthlərini təmizləməyimiz vacibdir.”
Nurlan Şiraliyev,
BSU-nun IV kurs tələbəsi