Qədim İstanbul şəhəri dünyada misilsiz bir coğrafi mövqeyə sahibdir. Əsrlər boyu saysız mədəniyyətləri əhatə edən bu gözəl şəhərin tarixi bölgələri haqqında nə bilirsiniz? Gəlin İstanbulun 8 tarixi bölgəsi ilə birlikdə tanış olaq.
Beyoğlu
İstanbulun Qərbləşmə dövrlərinin izlərini tapa biləcəyiniz Beyoğlu maraqlı küçələri ilə öz nüfuzunu dünyaya tanıdıb. İstiqlal Caddesi xarici turistlər arasında çox məşhurdur. Bizans dövründə venesiyalılar və cenevizlilərin yaşadıqları hissə, o vaxtkı adı Pera ilə, qurulduğu gündən bu yana bir mədəniyyət və ticarət mərkəzi olaraq vacib yerlərdən biridir.
Karaköy
Əslində Beyoğlu ilə əlaqəli olan bu yer ilk illərdən bu yana iş evləri, bankları və əhəmiyyətli limanları ilə İstanbulda ticarətin qəlbinin döyündüyü yerlərdən biridir. Boğaziçi ilə Haliçin kəsişməsində yerləşən bölgə adını keçmişdə burada yaşayan karay türklərindən götürmüşdür. Galata və Tophane kimi qədim dövrlərdən qalan izləri daşıyan Karaköyün ən məhşur tikilisi isə bütün əzəməti ilə boğazı gözləyən Galata qülləsidir.
Eyüp
Eyüp Osmanlı tarixində İstanbulda qurulan ilk türk məskənlərindən biridir. Haliçin cənub sahilindəki şəhərcikdə görülməli olan ən vacib yer bölgənin adını daşıyan Eyüp Sultan Məscididir. Tarixin ən vacib mərasimlərindən biri olan sultanların qılınc taxmaqları da Eyüp Sultan da təşkil edilrdi. Əlavə edək ki, bu məscid Osmanlı dövründə İstanbulda inşa edilən ilk tikili olub.
Eminönü
Tarixi yarımadanın ən sevimli yeri olan Eminönü bu günlərdə çörəkarası balıq və oyun salonlarının axtarıldığı ünvandır. İstanbulun ilk yaşayış məntəqəsi olan Bizantionun qurulduğu bölgə Bizans və Osmanlı dövrlərində də inzibati vahidlərin baş mərkəzi olub. Bu səbəbdən burada görülə biləcək əhəmiyyətli tikililər saysız-hesabsızdır.
Balat
Keçmişdəki yunan aristokratlarının iqamətgahı olan Balat bu gün yenidən canlanmağa başlayan yerlərdən biridir. Sənət qalereyaları və yeni nəsil çayxanaları ilə orijinal atmosferini yaşadan Balat küçələri serialları və filmləri ilə də gündəmdədir. Haliçin tarixi sahil bölgələrindən biri olan bu məkana gedirsinizsə al qırmızı rəngi ilə görənləri valeh edən Fener Yunan Oğlanlar Liseyi görməniz də vacibdir.
Samatya
Samatya tarixi yarimadada qurulmuş divarlı bölgələrdən birincisidir. Uzun zamanlardan bu yana balıqçılığın tətbiq olunduğu ərazi hələ də balıqçıları ilə tanınır. Qədim dövrlərdə yunanların yaşadığı küçələr heç dəyişmədən bugünə qədər qalıb. Balat kimi bir zaman tunelinə qədəm qoyduğunuz Samatyanı da küçə-küçə gəzmək lazımdır.
Kuzğuncuk
Kuzğuncuk bay pəncərələri olan rəngarəng evlər və daş döşənmiş küçələr ilə tanınır. Bu füsunkar tarixi bölgə indi malikanələri, bağları və küçələrdə yerini almış yeni nəsil kafeləri ilə tez-tez xatırlanır. 3 əsas dinin ibadətgahları ilə yan–yana sıralanan tolerant yer olan Kuzğuncuk Anadolu yarımadasının ən nostalji bölgələrindən biridir.
Bebek
Bizans dövründə balaca bir balıqçı şəhəri olan Bebek indi ən lüks bölgələrdən biridir. Adını Rumeli qalasının inşası zamanı bölgənin təhlükəsizliyini təmin etmək üçün təyin olunmuş bölükbaşı Bebek Çələbidən alan bölgədə görməli möhtəşəm malikanələr də var.
Vüsal Cahanov, “İki sahil”