27 aprel 2021 15:20
2997

Bu şəhərin bütün sakinləri bir binada yaşayırlar - FOTO

Dünyanın qeyri-adi şəhərlərindən biri olan Uitter şəhəri Alyaskada yerləşir.  Bu qeyri-adi şəhər  bir körfəzdə yerləşir. Şəhər inanılmaz dərəcədə gözəldir - sıx meşələri, dağ zirvələri, nəhəng  buzlaq və möhtəşəm şəlalələri  var. II Dünya Müharibəsi dövründə bu bölgə buzsuz liman və hərbi qarnizon təşkil etmək üçün seçilmişdi. Uittier qalan yaşayış məntəqələrindən və nəqliyyat infrastrukturundan bir qədər uzaq məsafədə yerləşdiyindən bura tunel çəkmək məcburiyyətində qaldılar.Qeyd edək ki, tunelinin inşasına qədər bu şəhərə yalnız  gəmi və ya hava yolu ilə getmək mümkün idi.

Keçən əsrdən bəri  burada strateji əhəmiyyətli  obyekt quruldu və bundan sonra  bütün şəhər sakinlərinin yaşayacağı çoxmərtəbəli bir bina inşa edildi." Begich Tower" adlı 14 mərtəbəli bina 1957-ci ildə inşa edilmiş və əvvəlcə Alyaska şossesindəki 93-cü Mühəndislik alayına əmr verən polkovnik Uilliam Valter Hodgenin adını almışdı. Uittierdəki yeganə ev çoxsaylı dəhlizlər, liftlər və pilləkənlər ilə bir-birinə bağlı olan 14 mərtəbə və 3 moduldan ibarətdir. Binanın düz bir damı və düzbucaqlı  forması var. Bina yalnız mənzillərdən  deyil, həm də idman klublarına, xəstəxanalara, polis bölməsinə, restoranlara və daha çox şeyə sahib olan nəhəng bir yaşayış kompleksidir. Bəlkə də, Uittier   bütün sakinlərin eyni binada yaşadığı  yeganə  şəhərdir.

Həmçinin qeyd etmək lazımdır ki,burada yaşayan vətəndaşlar  digər şəhərlərdə işləyirlər və  tunel vasitəsilə oraya gedirlər.

Samirə Tağıyeva, "İki sahil"