28 aprel 2021 13:52
953

Bu məhsul da kanserogen mənbəyi imiş

Rusiyalı endokrinoloq Tatyana Boçarova Zvezda TV-yə qovrulmuş günəbaxan toxumlarının ölümcül təhlükəsindən danışıb.

Onun fikrincə, qovrulan zaman bu məhsul kanserogen mənbəyinə çevrilir. Mütəxəssis toxumların yüksək kalorili olması barədə də xəbərdarlıq edib.

“100 qram günəbaxan tumu 550 kaloriyə bərabərdir, bu isə təxminən bir plitka şokolad deməkdir. Problem ondadır ki, qidanı əvəz etməsə də, artıq çəki yaradır”,-deyə həkim bildirib.

Boçarova, bu məhsulun xora və qastrit xəstələrində xəstəliklərin şiddətlənməsinə səbəb ola biləcəyini də söyləyib. O, günəbaxan tumu sevənlərə gündə 30 qramdan çox olmayaraq, çiy şəkildə yeməyi tövsiyə edib.

Nubar Süleymanova, “İki sahil”