Paytaxt Tunisdən 65 kilometr aralıda Bizerta limanının girişində yerləşən və tarix boyu limanın təhlükəsizliyini təmin edən Kəsəbə və Kusaybe qalalarının tikilmə tarixi Abbasilərin bölgəyə hakim olduğu 9-cu əsrə aiddir.
“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tunisin incisi kimi tanınan tarixi Bizerta limanı sahil boyu rəngli evləri, hər iki tərəfində simmetrik şəkildə düzülmüş balıqçı qayıqları və tarixi qalaları ilə yerli və xarici qonaqların diqqətini çəkir. Aralıq dənizində yerləşməsi ilə strateji əhəmiyyəti olan və bir çox sivilizasiyanın izlərini daşıyan Bizerta şəhərində yerləşən qədim Bizerta limanı tarixi və rəngarəng mənzərəsi ilə turistlərin sevilən məkanına çevrilib.
Limanın tarixi ilə bağlı “Anadolu Agentliyi”nə məlumat verən akademik Əli Ayet Meyhub bu limanının ilk formalaşması ilə bağlı iki fərqli fikirlərin olduğunu bildirib. Birincisi limanın tarixdən əvvəlki dövrdə qaya kütlələrinin parçalanması ilə təbii meydana gəlməsini söyləyib.
Meyhub mənbələrdə bəhs edilən limanın meydana gəlməsinə dair ikinci məlumatı isə miladdan öncə 309-cu ildə Siciliya Kralı Agathocles tərəfindən şəhərin işğalından sonra qədim yunan dövründə limanın qazıldığını və ətrafına divarlar tikildiyini bildirib. Tarixi limanın, 1895-ci ildə yeni limanın açılışına qədər Bizerta gölü ilə Aralıq dənizi arasında əlaqəni təmin edən element olduğunu qeyd edən Meyhub bölgənin 19-cu əsrin sonuna qədər iqtisadi və ticarət fəaliyyətlərinin mərkəzi olduğunu söyləyib. Tarixi müddətdə bütün ticarət, iqtisadi və sosial fəaliyyətlərin limanı əhatə edən Köhnə Şəhərdə formalaşdığını söyləyən Meyhub "liman şəhərin nəbzinin döyündüyü yer idi. Bizertada yaşayan ailələrin çoxu balıq ovu ilə yaşayırdı. Şəhər bazarlarının çoxu qəssab, dəmirçi bazarları bu limanın ətrafında cəmləşmişdi." Deyə əlavə edib. Bizerta şəhərini Qoruma Dərnəyinin prezidenti Məhəmməd əl-Həbib Migdad limanın turistik bir cazibə və şəhərin tarixində işıqlı bir nöqtə olduğunu bildirib. Migdad limanın ətrafındakı Köhnə Şəhərin İçərişəhərin divarlarının və limanın girişinin şimal və cənub tərəflərindəki Kasaba və Kusaybe qalalarının bir çox sivilizasiyanın izlərini daşıdığını, şəhərin tarixi və bədii toxumasını əks etdirdiyini bildirib. Tarixi Kusaybe Məscidinin və İçərişəhər Məscidinin bölgədə yerləşdiyini qeyd edən Migdad bu məscidlərin islam sivilizasiyasının Şimali Afrikaya və xüsusilə Bizerta şəhərinə gəldiyi ilk dövrə aid olduğunu söyləyib.
Vüsal Cahanov, “İki sahil”