28 aprel 2021 17:10
1743

Şizofreniyadan əziyyət çəkən məşhurlar - FOTO

Konstantin Tsiolkovski

Sovet kosmonavtikasının qurucusu olan Konstantin Tsiolkovski uşaqlıqdan yaşıdlarından çox fərqlənirdi. 10 yaşında  skarlatina xəstəliyinə  tutulan Konstantin  eşitmə qabiliyyətini itirdiyinə görə  məktəbi  tərk etməli olur. Məhz bu hadisədən sonra Siolkovski  özünə qapanaraq, insanlara qarşı  ünsiyyətsiz və həddindən artıq ehtiyatlı birinə çevrilir. 30 yaşına qədər gənc elm adamının qəribəliyi xarakterik xüsusiyyətlər kimi qəbul edilirdi. Lakin bir müddətdən sonra  onun psixoloji vəziyyəti ciddi şəkildə dəyişməyə başladı. Siolkovskinin insanlara qarşı  artan  qorxusu, halusinasiyalar və heç bitməyən  depressiv halı onu tamamilə anormal bir insana çevirdi.

 Fridrix Nitsşe

"Faşizm ideoloqiyası”nın yaradıcısı, alman filosofu Fridrix Nitsşe şizofreniyadan əziyyət çəkən məşhurların sırasında idi.

Güclü baş ağrıları və qeyri-adekvat davranışlarına görə bir neçə dəfə xəstəxanaya yerləşdirilmişdi. Nitsşenin tibbi kartında deyilirdi ki, o, çəkməsi ilə öz sidiyini içir, anlaşılmaz səslər çıxarır, xəstəxana gözətçisini Bismarka oxşadırdı. O, qapının arxasında sındırılmış stəkanın qırıqları ilə barrikada qurmağa çalışır, döşəmədə yatır, keçi kimi tullanır, ağız-burnunu əyir və sol çiynini qabağa verirdi. Meqalomaniya (böyüklük iddiası) Nitsşeni rahat buraxmırdı. Onun sözlərinə görə, dünyanın bir nömrəli insanı özü idi, evinin divarlarından asılan şəkillərin çıxarılmasını tələb edirdi və evini bir “məbədə” çevirmişdi.

Nitsşe bir neçə dəfə iflic tutması keçirərək, həyatının son 20 ilini psixi pozğunluqdan əziyyət çəkir və məhz bu dövrdə onun ən əhəmiyyətli əsərləri yaranır. Ömrünün 11 ilini məşhur filosof psixiatrik klinikada keçirir. Həyatının sonuna yaxın filosof yalnız sadə cümlələr qura bilirdi.

Jim  Gordon

Gordon rok musiqisində  çox məşhur təbilçilərdən biri idi.  Musiqiçi hətta  Erik Klapton ilə ifa etdiyi hitə görə "Grammy"mükafatına layiq görülmüşdü.

Ona qoyulan bu dəhşətli  diaqnoz əvvəlcə   həyatına təsir etməsə də, bir müddətdən sonra,  1983-cü ildə musiqiçinin həyatı kökündən dəyişdi. Həmin il  məşhur öz anasını öldürdü. Məhkəmə Gordona  16 il həbs cəzasına məhkum etdi. Məhz ,o, vaxtdan bəri Gordon güclü dərmanlar qəbul etməyə başladı.

Vinsent Van Gog

Deyilənlərə görə,  hollandiyalı rəssam Vinsent Van Gog əksər rəsmlərini şizofreniya tutmaları zamanı çəkmişdir. Gün ərzində bir neçə əsər yaradan Vinsent , demək olar ki heç yatmırdı.Sizofreniyadan əziyyət çəkən Vinsent hətta qulağını belə kəşmişdi.

Salvador Dali

Məşhur İspaniya rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri olan Salvador Dalidə şizofreniyadan əziyyət çəkirdi. Şizofreniyanın ən ağır formasından əziyyət çəkən Dali həyatı boyunca 1500-dən çox rəsm əsəri çəkmiş, onlarla heykəl, daş üzərində müxtəlif səpkili əsərlər yaratmış, kitab illüstrasiyaları, teatr dekorları və kostyumların müəllifi olmuşdur.

Veronika Leyk

40-cı illərdə Veronika Leyk  qadın gözəlliyinin əsl standartı hesab olunurdu. Kişilər onun müəmmalı və eyni zamanda,qeyri-adi gözəlliyinin qarşısında aciz idilər. Bu xanımın  qəribə davranışları  gəncliyindən bəri  özünü büruzə verməyə başladı.  Valideynlərinin düşüncələrinə görə, qızlarının psixoloji problemləri onun insanlar ilə   sosiallaşmasından sonra tamamilə düzələcəkdi.  Lakin Hollivudda inanılmaz dərəcədə sevilən Veonika Leykin vəziyyəti getdikcə ağırlaşırdı. Onun problemləri və çətin həyatı ilə maraqlanan insanlara məşhur qadın yalnız bu sözləri deyirdi:" Qadınlar həmişə problem yaşayıb və yaşayacaqlar."

Con Forbes Naş

Otuz yaşına qədər normal insan olan məşhur riyaziyyatçı Con Forbes Naşın  psixoloji problemləri məhz bu yaşdan sonra başlamışdı. Qeyri-sabit vəziyyətinə baxmayaraq, xəstəlik Naşın karyerasını davam etdirməsinə mane olmadı. 1994-cü ildə alim  iqtisadiyyat üzrə "Nobel" mükafatına layiq görülmüşdür. Qeyd edək ki, xəstəliyinə baxmayaraq Con ölümünə qədər "Princeton" universitetində dərs verirdi.

Amanda Bayns

Uzun illər ərzində məşhur aktrisa Amanda Bayns qəribə davranışları ilə diqqət çəkirdi. O,gah həmkarlarına hücüm edirdi,gah öz köpəyini yandırmaq istəyirdi. Onun anormal hərəkətlərinə müşahidə edən yaxınları onu xəstəxanaya yerləşdirdilər.  Xəstəxanaya yerləşdirildikdən sonra Amandaya  şizofreniya diaqnozu qoyulub.Burada  Amanda kifayət qədər uzun  müalicə kursu keçdi və hal-hazırda güclü dərmanlar istifadə etməkdədir.

Piter Grin

Məşhur amerikalı" Fleetwood Mac" rok qrupunun qurucusu Piter Grin uşaqlıqdan şizofreniya ilə mübarizə aparırdı. Xəstəliyinə baxmayaraq, daima müalicə alan məşhur yaradıcılığında çox nailiyyətlər əldə edib. Qeyd etmək lazımdır ki, məşhur çox çətin sınaqlardan keçib və  1979-cu ildən sonra musiqiçinin psixoloji vəziyyəti daha yaxşılaşıb. Həyatının sonuna qədər dərman içən musiqiçi, 2020-ci ilin iyul ayında  74 yaşında vəfat edib.

Samirə Tağıyeva, "İki sahil"