28 aprel 2021 17:17
1267

Dünyanın ən qədim viskisi ABŞ-da auksiona çıxarılacaq - FOTO

Həmin içkinin 200-dən çox yaşı var. Təxminən  1800-cü ildə hazırlanan "Old Ingledew"adlı bu viskinin başlanğıc qiyməti təxminən 20.000 - 40.000 dollar arası olacaq və  hərrac təxminən 22-30 iyun tarixlərinə qədər  davam edəcək.

Bu barədə "Skinner" hərrac evinin saytında məlumat verilib.

"Skinner"in  mütəxəssisi Joseph Humanın sözlərinə görə, bu viski, 1940-cı illərdə Vaşinqtonun hakim elitasına bağışlanan  və "JP Morgan" zirzəmisində bu vaxtacan qalan son şüşə hesab olunur. Hərrac evindən verilən məlumata görə, maliyyəçi Con Morgan bu şüşəni Corciyaya  etdiyi səfərlərin birində alıb. Daha sonra, o, viskini dostu Ceyms Burnesə və daha iki oxşar şüşəni  ABŞ-nın 32-ci  Prezidenti olan  Franklin Ruzveltə hədiyyə edib.

Samirə Tağıyeva, "İki sahil"