Huawei şirkəti özünün “Harmony OS 2.0” əməliyyat sisteminin qapalı sınaqlarına başlayıb. Bəzi cihazlarda artıq yeni versiyalar işə salınıb.
Əməliyyat sisteminin yenilənmə ölçüsü cihazdan asılı olaraq 2.87 GB-dan 6.20 GB-a qədər dəyişir. Eyni zamanda, yayda şirkət beta testinin miqyasını artırmağı və yeniləməni istifadəçilər üçün daha əlçatan etməyi planlaşdırır.
Yeniləmənin artıq baş verdiyi cihazların sahibləri onun interfeysini bəyəniblər və daha hamar animasiyaya malik olduğunu vurğulayıblar. Yeni əməliyyat sistemi Mate X2 və Mate 40 xəttindəki smartfonlar, Huawei Smart Screen S və Huawei Smart Screen S Pro televizorları da daxil olmaqla bir sıra fərqli cihazlarda mövcud olacaq.
Nubar Süleymanova, “İki sahil”