Koronavirus infeksiyası zamanı əksər insanlarda dadbilmə itir və ya təhrif olunur. Bunun nə üçün baş vediyini amerikalı alimlər araşdırıblar.
ABŞ-ın Yaşlıların Problemləri İnstitutunun tədqiqatçıları insanlarda bir neçə min dad reseptoru aşkar ediblər. Həmçinin mütəxəssislər koronavirus xəstələrinin dil papillərindən nümunələrigötürüblər. Xəstələrdə dilin dibində ölçünün böyüməsi və qızartılar müşahidə ediblər.
Alimlər müəyyənləşdiriblər ki, dilin arxasındakı reseptor hüceyrələri ACE 2 fermentinə malikdir. Məhz onlar virus üçün “darvaza” rolunu oynayırlar. Patogenin dad reseptorlarında replikasiyası xəstəliyin aktiv fazasında dadbilmənin itməsinə və ya dəyişməsinə səbəb olur.
Nubar Süleymanova, “İki sahil”