Sosial şəbəkələrin sayı ildən-ilə artır. Bu yazıda 2021-ci ildə məşhurlaşan 5 tətbiq haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.
"Clubhouse"
"Clubhouse" ancaq səsli istifadə üçun nəzərdə tutulan bir sosial şəbəkədir. Sosial şəbəkə 2020-ci ildə "Alpha Exploration Co" şirkətinin əməkdaşları olan Paul Davison və Rohan Seth tərəfindən hazırlanıb. 2020-ci ildə qiyməti 100 milyon dollar dəyərində olan bu şəbəkənin 2021-ci ildə dəyəri isə 1 milyard ABŞ dollarına çatır.
Sosial şəbəkənin tətbiqini yüklədikdən sonra qeydiyyatdan keçmək və daha əvvəl qeydiyyatdan keçmiş istifadəçilərdən dəvətnamə almaq lazımdı. Bundan sonra tətbiqə daxil olub maraq dairənizi seçirsiniz. Sonra proqramda dəhliz yaranır və dəhlizdə maraq dairənizə uyğun otaqlar olur. Klubhaus müxtəlif söhbət mövzuları, tok-şoular, musiqi, şəbəkə görüşləri, tanışlıqlar, tamaşalar, siyasi müzakirələr və s. olan müxtəlif klublar və virtual otaqlar təklif edir. Tətbiqdə virtual söhbətlər aparan Dreyk, Kevin Hart, Tiffany Haddish, Mark Zukerberq kimi məşhur insanları görə bilərsiniz.
"Caiffene"
Bu platforma 2016-cı ildə ortaya çıxdı. Qeyd edək ki, bu platformanın yaranmasında "Apple"in dizaynerlərinin böyük əməyi oldu. Hal-hazırda bu sosial şəbəkə "21st Century Fox" tərəfindən dəstəklənir. Şirkət bu layihənin inkişafı üçün ən az 260 milyon dollar xərcləyib.
"Caiffene" sosial şəbəkəsində oyun oynayarkən öz onlayn konfranslarınızı da edə bilərsiniz. Demək olar ki,"Caiffene" başqa məşhur sosial şəbəkənin, yeni "Twitch"in rəqibidir. Bu xidmətdə abunəçi sayı çox olduqda buradan pul qazanmaq mümkündür
"Instagram Reels"
"İnstaqram"ın son xüsusiyyəti olan" Instagram Reels"hal- hazırda sosial media istifadəçilərinin diqqət mərkəzindədir. Hal-hazırda Amerika da daxil olmaqla 50 ölkədə mövcuddur. Çəkdiyiniz videolara səs, musiqi və effektlər əlavə etməyə imkan verən bu ünsiyyət vasitəsi, "TikTok" ilə oxşarlığı ilə diqqəti cəlb edir.
"Houseparty"
Bu il dəbə düşən yeni tətbiqlərdən biri də "Houseparty" oldu. Bu tətbiq səkkiz nəfərin virtual otaqda video söhbət yolu ilə görüşə biləcəyi bir sosial şəbəkəyə giriş imkanı verir. Hər bir istifadəçinin saysız-hesabsız virtual otaqlara girişi var və onlar asanlıqla aralarında keçid edə bilərlər. Bu platformanın hal-hazırda təqribən 50 milyon izləyicisi var.
"Twitter Spaces"
Son zamanlar məşhurlaşan "Twitter Clubhouse" tətbiqi ilə rəqib olacaq yeni bir tətbiq hazırlanıb. "Twitter Space" adlı bu yeni tətbiq haqqında ümumiyyətlə, çox az insan eşitmişdir. Bu tətbiq əsasən beta rejimində işə salınıb. Burada istifadəçilər qarşıdakı səsli görüşləri təyin edə və daha sonra dinləyicilərinə tweet yaza biləcəklər. IOS mobil cihazlarının istifadəçiləri bu cür səsli görüşlərə qoşula bilərlər. Deyilənlərə görə bu tətbiq tezliklə bütün "Twitter" istifadəçiləri üçün əlçatan olacaq.
Samirə Tağıyeva, "İki sahil"