29 aprel 2021 17:27
745

2021-ci ilin baharının yeni ixtiraları - FOTO/VİDEO

Toyota şirkətindən  "ağıllı şəhər" "Women City"

“Japan Times”in verdiyi məlumatlara görə, məşhur  “Toyota” şirkəti fevralın 23-də Fujiyama dağının ətəyində "ağıllı şəhər" “ Woven City”nin təməl atma mərasimini təşkil etmişdir. Deyilənlərə görə, şəhər robototexnika və  yeni texnologiyaların sınaq meydanına çevriləcək.

“Toyota” şirkətinin işçiləri də daxil olmaqla  həmin şəhərin 360 nəfərə qədər sakini olacaq. Zamanla şəhər əhalisinin 2000 nəfərə çatdırılması planlaşdırılır.

“Toyota” şirkəti bu  layihəni muxtar vasitələrin, robotların, “ağıllı evlər”in, süni intellektin , yaşıl enerjinin və digər texnologiyaların gerçək bir mühitdə sınaqdan keçiriləcəyi bir "canlı laboratoriya" adlandırır. Karbon səviyyəsini minimuma endirmək üçün şəhərin binaları əsasən ağacdan hazırlanacaq və  bu tip evlər sakinlərin sağlamlığını qorumaq üçün inşa ediləcək.

Şəhərin əsas dizayneri danimarkalı memar Bjarke Ingelsondu.

Boston Dynamics yeni bir robotunu təqdim etdi

2021-ci ilin  mart ayının sonunda şirkət, anbarlarda və istehsal mərkəzlərində istifadə üçün xüsusi olaraq hazırlanmış ilk ticarət modeli olan "Stretch" robotunun buraxılışını elan etdi. Çox funksialı "Stretch" robotu əsasən  daşıyıcıi rolunu oynayır və qarşısına qoyulan əşyaları  bir  yerdən digər yerə tez və səliqəli şəkildə daşıyır. Robot 2022-ci ildə satışa çıxarılacaq. Onu sifarış etmək istəyənlər əvvəlcədən sifarişi rəsmi "Boston Dynamics"veb saytına göndərməli olacaqlar.  Hələ də onun dəqiq dəyəri barədə məlumat yoxdur.

"Segway APEX H2" pərəstişkarları üçün yüngül motosikl

"Tron" filmindəki velosipedləri xatırlayırsınız? Güclü, şık, neon işıqlarla əhatə olunmuş bu velosipedlər tamaşaçıların böyük marağına səbəb olmuşdur.  "Segway" şirkəti   futuristik nəqliyyatına çox bənzər bir motosikl yaratdılar. " Segway APEX H2" modelinin bir prototipi artıq təqdim edilmişdir. Səs-küylü motosikl bikerlər tərəfindən çox sevildi. Qeyd edək ki,  yeni motosikl hidrogen hibrididir. Onun qiymət təxminən 10.000 dollar olacaq. Kütləvi istehsalın ümumi  bazara çıxarılması 2023-cü ilə planlaşdırılır.

"Facebook"-dan VR bilərzik

"Facebook" istifadəçi üçün klaviatura, siçan, joystick və digər giriş cihazlarını əvəz edəcək xüsusi qolbaqla birlikdə VR eynəklərdən istifadə etməyi təklif edib. Əlbəttə ki, həmin qolbaqlardan  siqnal ötürmə sürəti tam istədikləri qədər güclü olmasa da,  bu veriya İlon Mask tərəfində təklif olunan çiplərdən daha yaxşıdır.

"MyHeritage" tərəfindən canlı şəkillər

 Bu yaz "MyHeritage" platforması fotoları qısa animasiyalara çevirməyə imkan verən yeni tətbiqi təqdim etdi. Burada istifadə olunan effektlər Harri Potterin sehrbazlıq aləmində hərəkət edən şəkillərə bənzəyəcək.Görüntülər xüsusi proqramda işləndikdən sonra fotoşəkildə olan şəxs başını tərpədib, gülümsəyib  və hətta gözlərini qırpa biləcək.  Çoxları,əsasən də yaxınlarını itirən insanlar onların  təbəssümünü yenidən görmək fürsəti üçün yaradıcılara  təşəkkür edəcəklər.

Samirə Tağıyeva, "İki sahil"