Misir Piramidaları, Ayasofya və ya Eyfel Qülləsi tarix boyu bəşəriyyətin memarlıqda əldə edə biləcəyi uğurları nümayiş etdirib.
"İki sahil” xəbər verir ki,19-cu əsrin sonlarından etibarən texnologiyanın inkişafı ilə insanlar hündür binaların inşasını sürətləndirdilər. New York və Cicaqoda başlayan göydələn modası sonra ABŞ-ın digər şəhərlərinə də yayıldı. Bu gün Uzaq Şərq və Orta Şərqdə bir çox nümunə görə biləcəyimiz göydələnlər inşa edildikləri şəhərlərin simvolu halına gələrək turistlərin diqqət mərkəzinə çevrilib. Gəlin dünyanın ən yüksək 25 göydələni ilə birlikdə tanış olaq.
“Bürc Xəlifə”, Dubay
828 metr hündürlüyündə olan “Bürc Xəlifə” 163 mərtəbədən ibarətdir. Bura eyni zamanda dünyanın ən hündür məscidinə ev sahibliyi edir. Göydələnin 158-ci mərtəbəsində bir məscid də var.
“Şanxay Tower”, Şanxay
632 metr hündürlüyü olan “Şanxay Tower” 121 mərtəbədən ibarətdir.
“Məkkə qülləsi”
Hündürlüyü 601 metr olan bu saat qülləsi 120 mərtəbəlidir.
“Lotte Tower”, Seul
Seuldakı 555 metrlik “Lotte Tower” 123 mərtəbəlidir.
“One World Tower”, New York
“One World Tower” 104 mərtəbədən ibarətdir. Göydələnin hündürlüyü 541 metrdir.
“Taypey 101”, Taypey
Tayvanın simvolu olan bu göydələn 101 mərtəbədən ibarətdir.
“Honkonq Commerce Tower”
484 metr hündürlüyündə olan bu qüllə 108 mərtəbədən ibarətdir.
“Lakhta Tower”, St. Peterburq
Hündürlüyü 462 metr olan göydələn 86 mərtəbəlidir.
“Landmark 81”, Ho Shi Minh City
Vyetnamdakı bu bina 81 mərtəbəli və hündürlüyü 461 metrdir.
“Petronas Qüllələri”, Kuala Lumpur
Hündürlüyü 451 metr olan bu əkiz qüllələr 88 mərtəbəlidir.
“Əl Hamra Tower”, Kuveyt
412 metr hündürlüyündə olan bu göydələn 80 mərtəbəlidir.
“Ryugyoong”, Pxenyan
Şimali Koreyanın paytaxtı Pxenyandakı bu otel binası 330 metr hündürlüyündə və 105 mərtəbədən ibarətdir. Binada yalnız əvvəlcədən təyin olunmuş insanlar qala bilər.
“Q1 Tower”, Gold Coast
Avstraliyadakı bu göydələnin hündürlüyü 322 metr və 78 mərtəbədən ibarətdir.
“Palais Royale”, Mumbay
Hindistanın ən yüksək göydələni olan bu bina 320 metr hündürlükdə və 88 mərtəbəlidir.
“Grand Hyatt Manila”
Filippinin paytaxtındakı hündürlüyü 318 metr olan bu göydələn 66 mərtəbədən ibarətdir.
“Iconsiam”, Banqkok
Banqkokun simvolu olan göydələnin hündürlüyü 317 metrdən və 76 mərtəbədən ibarətdir.
“The Shard”, London
Avropanın ən hündür binalarından biri olan “The Shard”, 309 metr hündürlükdə və 73 mərtəbəlidir.
“T.op Torre1”, Monterrey
Hündürlüyü 305 metr olan bu göydələn 64 mərtəbəlidir.
“Commerzbank Tower”, Frankfurt
Hündürlüyü 300 metr olan göydələn 56 mərtəbədən ibarətdir.
“Grand Torre Santiaqo”, Santiaqo de Çili
Çilinin paytaxtındakı bu göydələn 300 metr hündürlükdə və 62 mərtəbəlidir.
“Abena Harukas”, Osaka
Hündürlüyü 300 metr olan bu göydələn 60 mərtəbəlidir.
“Aspire Tower”, Doha
Qətərdəki bu göydələnin hündürlüyü 300 metr olsa da, cəmi 36 mərtəbəlidir.
“First Canadian Place”, Toronto
298 metr hündürlüyündə olan göydələn 72 mərtəbəlidir.
“Skyland”, İstanbul
Türkiyənin ən hündür göydələni 293 metr və 65 mərtəbəlidir.
“Tanjong Pagar Center”, Sinqapur
290 metr hündürlüyündə olan bu göydələn 64 mərtəbəlidir.
Vüsal Cahanov, "İki sahil"