03 may 2021 13:42
1525

Kaktusların xoşlamadığı 6 əlamət/FOTO

Bitkilərə qulluq etmək əvvəlcə marağa, daha sonra sevgi ilə vərdişə çevrilir. Sevərək baxılan kaktusların zamanla çürümələri isə həmin adamın həvəsini azalda bilər.

“İki sahil” xəbər verir ki, kaktusların nəyi sevmədiyinə diqqət yetirsəniz, kaktusunuz sürətlə inkişaf edəcək və uzun illər sizinlə yaşayacaq. Kaktusların xoşlamadığı 6 əlamətlə birlikdə tanış olaq.

1- Artıq sulamaq

Kaktuslar çöl bitkiləri kimi tanınır və bu səbəbdən çox suyu sevmirlər. Torpaqları quruduqda, mütəmadi olaraq sulanmasını istəyir. Əks təqdirdə kökündən çürüməyə başlayacaq.

2- Günəşdən uzaq qalmaq

Günəş kaktusların ən sevdiyi şeydir və günəş işığından uzaq olan kaktuslar inkişaf edə bilmir və zaman keçdikcə çürüməyə başlayır.

3- Lazımsız qida əlavəsi

Müxtəlif qidaların suyunun kaktuslar üçün faydalı olduğu söylənsə də, bu doğru metod deyil. Məsələn, soğan qabığı suyunun kaktus üçün yaxşı olduğu düşünülür, ancaq səhv məlumatdır. Kaktuslar üçün istifadə olunan maye gübrəni ildə iki dəfə vermək kifayətdir.

4- Suyun saxlanılması üçün torpaqlarına torf əlavə etmək

Kaktuslar suyu çox sevməyən bitkilər olduğundan, suyu saxlayan bir torpağa ehtiyacları yoxdur.

5- Qaranlıq və havasız yerlər

Günəş işığını sevən bitkilər qaranlıq və havasız yerlərdə inkişaf edə bilmir və ya çürüyür. Bu səbəbdən kaktusa günəş işığı alan ən yaxşı yerlərdə baxmaq lazımdır.

6- Qış dövrü sulamaq

Kaktuslar noyabr və aprel ayları arasında qış yuxusunda olurlar. Bu səbəbdən bu aylar arasında sulanmırlar. Kaktuslar qışda dona məruz qalmadan parlaq və havalı bir yerdə saxlanılmalıdır. Qışda bir az üşüyən kaktuslar yazda çox yaxşı çiçək açır.

Vüsal Cahanov, “İki sahil”