“Ourworldindata”nın məlumatına görə, bugünə qədər ən çox vaksinasiya aparılan ölkə İsraildir, orada əhalinin təxminən 70 %-ə qədəri peyvəndlənib. İkinci yerdə Böyük Britaniya, üçüncü yerdə Çili qərarlaşıb.
ABŞ vətəndaşlarının 41,46 %-i peyvəndlənib.
Koronavirusla bağlı faktlar
Koronavirus infeksiyası ilk dəfə 1912-ci ildə yüksək temperaturla bir pişikdə qeydə alınmışdı. 1965-ci ildə tədqiqatçılar ilk dəfə insanlara yoluxan koronavirus aşkar ediblər. Koronavirus soyuqdəymə olmuş şəxsin selikli qişasında tapılmışdı.
Elmi ədəbiyyata “koronavirus” termini 1968-ci ildə salınıb. Virus mikroskop altında xarici görünüşünə görə, tacı xatırlatdığı üçün belə adlandırılmışdı.
Koronavirusun fərqli bir xüsusiyyəti, bütün RNT viruslarının içərisində ən böyük və ən mürəkkəb genoma malik olmasıdır, maksimum göstərici 32 kb və ya 32 min baza cütüdür.
Koronaviruslar dəyişmə qabiliyyətinə malikdir, faydalı xüsusiyyətlər əldə edə bilərlər. Virus mutasiyası rekombinasiya formatında baş verir: iki fərqli koronavirus eyni hüceyrədə birləşirsə, RNT mübadiləsi prosesi başlayır. Yüksək ehtimalla yarasalara yoluxan virus mutasiya edərək, insan bədəninə nüfuz etməyə uyğunlaşdı.
Müasir mərhələdə tədqiqatçılar koronavirusun onlarla ştammını müəyyən ediblər. Onlardan yeddisi insan orqanizminə yoluxa bilir. Onu da qeyd etmək lazımdır ki, ştammlardan yalnız üçü respirator xəstəliklərin yaranmasına səbəb olur. Digərləri yüngül xəstəlik yaradır və orqanizm üçün təhlükə daşımır.
“HCoV-229E” ştammı ilk baxışdan orqanizm üçün təhlükəli görünməsə də, tədqiqatlar göstərib ki, bu virusun RNT-si təcrübələrdə iştirak etmiş insanların 44 %-də beyində qalıb və sinir sistemi xəstəliklərinə səbəb olub. Xüsusilə, virusun dağınıq skeleroza səbəb olduğu bildirilir. Tam dəqiq nəticələr əldə olunması üçün tədqiqatlar davam etdirilir.
Çoxsaylı tədqiqatlar onu da göstərdi ki, insanlar koronavirusu ev heyvanlarına da yoluxdura bilirlər. Əsasən pişiklər risk altındadırlar, çünki onlarda ACE 2 reseptoru insanla çox oxşardır. İtlər isə bu infeksiyaya demək olar ki, yoluxmurlar.
Donuzlarda və quşlarda yoluxma ehtimalı 0% -dir. Yoluxmuş insanlara ev heyvanları ilə təmasdan çəkinmələri tövsiyə olunur.
Nubar Süleymanova, “İki sahil”