03 may 2021 14:34
1070

Bu qidaları qəti şəkildə soyuducuya qoymayın - FOTO

Yeməklərin tərkibində olan mineralların və vitaminlərin sağlamlığımıza böyük təsirləri var. Bəzi ərzaq və qidaların otaq temperaturunda saxlanması lazımdırsa, bəziləri də mütləq soyuducuda qorunmalıdır. Bəs, bunlardan hansılar soyuducuya qoyulmur?

Şirnilər

Bal, cem və şokolad kimi şirin qidalar soyuducuda saxlandıqda təbii özəlliklərini itirirlər və nəticədə tərkibləri pozulur.

Qəhvə

Soyuducunun soyuğu və nəmi qəhvənin həm ləzzətini, həm də görünüşünü pozur.

Kartof

Kartofun olduğu yerdə digər ərzaqların dadı və qoxusu dəyişir. Soyuducuda bir gündən artıq qalan kartof xarab olar, ancaq görüntüsü dəyişməz. Ancaq bişirilən kartof bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur.

Sarımsaq

Bakteriyalara qarşı olan sarımsaq 2 gündən artıq soyuducuda qaldıqda özü bakteriya yaradır.

Pomidor

İllərdir hər kəsin yanlış bildiyi məlumatlardan biri də pomidorun xarab olmaması üçün soyuducuya qoyulmasıdır. Əslində isə soyuducuda qaldıqda soyuq havadan öz təbii tərkibini itirir.

Hüsniyyə İdrisova,

BSU-nun IV kurs tələbəsi