"Diamonds Forever" martinisi - 18.963.82 dollar
Tokyoda yerləşən "The Ritz-Carlton"adlı restoranda "Diamonds Forever" adlı bir martini satılır. Həmin içkinin qiyməti 2.000.000 yen (təxminən 19.000 $) dəyərindədir. Qeyd edək ki, bu içki dünyanın ən bahalı kokteylidir. Bahalı içki soyudulmuş " Absolut Elyx" arağından və nanəli laymdan hazırlanır. Həmin içkinin şüşəsi belə bir karatlıq almazlarla bəzədilib. Bu kokteyl " The Ritz- Carlton" restoranına gələn insanlar üçün "Diamonds Forever" serenadasının sədaları altında təqdim olunur.
"Uinston" kokteyili - 12.040 dollar
7 fevral 2013-cü il tarixində Joel Heffernan tərəfindən Melburnda yerləşən "23 Club" da (Avstraliya kriketçi Şein e Varneforta məxsusdur ) təqdim olunan ən bahalı Uinston kokteyli "Ginnesin Rekordlar Kitabı"na daxil edilmişdir. Həmin kokteyl 1858-ci ilə aid "Croiset "konyakından , xüsusi 800 funt sterlinq dəyərində olan "Grand Marnier" və çox nadir tapılan və "V.E.P" spirtli içkilərindən hazırlanmışdı.
"Diamonds Forever"kokteyli - 10.000 dollar
2016-2017 illərdə Nyu -Yorkda yaşayan Endi Goetz" Uncork "adlı bir barın sahib idi. Bu barda dünyanın ən qeyri-adi kokteylərindən biri olan "Diamonds Forever" kokteyli hazırlanırdı. Həmin kokteylin qiyməti təxminən 10 min dollar idi. Sevdiyi insanlara sürpriz etmək istəyən insanlar üçün bu içkinin olduğu stəkana xüsusi brilyantlar ilə bəzədilmiş nişan üzüyü qoyulurdu. Üzüyü düzəltmək üçün üç gün əvvəlcədən sifariş etmək lazım idi.
Qayanın üstündəki martini - 10.000 dollar.
"Algonquin Hotel" Nyu-Yorkun ən tarixi yerlərindən biridir və 2019-cu ilə qədər burada qeyri-adi martini sifariş etmək mümkün idi. Həmin romantik içkini 3 gün qabaqcadan sifariş vermək lazım idi. Dəyərli almazlar ilə bəzədilən bu kokteyl adətən bir nişan və ya evlilik ildönümünü qeyd edilməsi üşün sifariş olunurdu. Kokteyl 2005-ci ildə " Quinn" agentliyi tərəfindən Karla Kaccavale və baş meneceri Entoni Melçiorri tərəfindən kəşf olunmuşdu.
" O" adlı şampan - 10.000 dollar
Las Vegasda məşhur olan Enkore Vynn tərəfindən hazırlanan "O" şampan kokteylinin qiyməti təxminən 10.000 dollardı. "O" kokteyli,həmçinin təzə portağal suyu, ərik suyu, gül nektarı ilə qarışdırılır. Qonaqlara hədiyyə olaraq bu kokteyl 18K qızıl boyunbağıya bənzəyən dəyərli daşlar ilə bəzədilmiş bir stəkanda təqdim olunur.
Samirə Tağıyeva, "İki sahil"