01 mart 2016 16:52
386

Şəkinin Qozlubulaq kəndinə təbii qazın verilişi bərpa edilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davamı olaraq, martın 1-də Şəki rayonunun Qozlubulaq kəndinə təbii qazın verilişi bərpa edilmişdir.Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. 

Bildirilmişdir ki, 173 abonenti olan kəndin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 13457 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

Çıxış edənlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.