04 may 2021 16:55
982

Bədənin və ruhun ahəngini yaradan idman

Uzun illər ərzində yoqa insanları  xoşbəxtliyə qovuşduran idman növlərindən  biridir. Yoqa ilə insan bədəni daha da sağlam bir hala gəlir. Yoqa insanların həyata olan baxışlarını dəyişdirir və bununla yanaşı, zehninidə  açıq şəkildə inkişaf etdirir. Alimlərin sözlərinə görə, yoqa əslində insanın öz orqanizmini tanıması və tərbiyə etməsidir.

Çox insan hələ də bunu qəbul etməsə də yoqa məlum olan ən qədim şəxsi inkişaf metodudur.Yoqa ilə məşğul olan insanların  orqanizmi yenilənir, zehinləri  müasir və mürəkkəb həyatın sürətli tempinin səbəb olduğu mənfi fikirlərdən uzaqlaşır .

Əvvəlcə yoqa bədəninizi fiziki olaraq bir elastiklik ilə təmin edir. Bədəniniz üçün həyati əhəmiyyətə malik olan onurğa və onurğa ətrafındakı əzələləri güclü və çevik edir. Yoqa zamanı  seçilən düzgün  mövqe onurğa içindən keçən sinirlərin tam və sağlam işləməsinə imkan verir. Həmçinin qan dövranı yaxşılaşır və daxili orqanlar oksigenlə qidalanır. Bütün bu fiziki və ruhi tarazlıqlardan insanların immunitet sisteminə də müsbət təsir edir. Sağlam və gümrah olmaq istəyirsinizsə mütləq yoqa ilə məşğul olun.

Samirə Tağıyeva, "İki sahil"