05 may 2021 01:33
936

“Tesla” elektrikli minivenini təqdim edə bilər

Dünyanın ən böyük elektromobil istehsalçısı olan "Tesla" şirkəti miniven buraxa bilər.

"İki sahil" bildirir ki, "Cybertruck" üslubunda hazırlanmış miniven artıq 2026-cı ildə təqdim oluna bilər. Şərti olaraq "Cybervan" adlanan model 12 nəfər üçün nəzərdə tutulacaq. Qeyd edək ki, minivenin istehsalı barədə ilk fikirlər hələ 2020-ci ildə şirkətin rəhbəri İlon Mask tərəfindən səsləndirilib.