05 may 2021 11:15
1124

Texnologiya şirkəti “Baidu” ölkədə sürücüsüz "Robotaksi" fəaliyyətinə başlayıb - FOTO

Çinin axtarış motoru və texnologiya şirkəti “Baidu” ölkədə sürücüsüz pullu taksi xidməti olan "Robotaxi"ni ticari olaraq istifadəyə verib.

“İki sahil” Çin mətbuatına istinadən  xəbər verir ki, şirkət sözügedən taksi xidmətini ticari olaraq paytaxt Pekinin Şinqşan bölgəsindəki Shougang Sənaye Parkında “robotaxi” adı altında başladıb. Bu xidmətdən istifadə edəcək sərnişinlər taksini "Apollo Go" adlı mobil tətbiqetmə vasitəsi ilə telefonla sifariş etməlidirlər. Taksi gəldikdə tətbiqdəki “QR kod” maşındakı “QR kod”la uyğunlaşdırılır və taksi qapılarını sərnişinə açaraq səyahət başlayır.

10 taksi 8 fərqli nöqtədə xidmət göstərir

Təxminən 3 kilometr məsafə üçün sürücüsüz taksi xidməti, sərnişinlərdən hər minmə üçün 30 yuan (təxminən 8 manat) alacaq. İndiyə qədər 10 nəqliyyat vasitəsi ilə 8 fərqli nöqtədə xidmət göstərən şirkət zaman keçdikcə digər şəhərlərdə də fəaliyyətə başlayacaq. “Baidu” Muxtar Sürücülük Texnologiyasının baş direktoru Vang Yünping insansız xidmətlərin tətbiqinin muxtar sürücülüyün kommersiyalaşdırılmasında əhəmiyyətli bir addım olduğunu qeyd edib.

 Vüsal Cahanov, “İki sahil”