05 may 2021 12:11
1162

"Space"in yeni rəhbəri kimdir?

Tanınmış təhsil adamı, ADA Universitetinin dosenti Ülviyyə Mikayılovanın “Space” telekanalının rəhbəri təyin edilməsi barədə xəbər vermişdik.

"İki sahil" xəbər verir ki, Ülviyyə Mikayılova həm də Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir. O, xeyli müddət Açıq Cəmiyyət İnstitutu ilə əməkdaşlıq edib, “Addım-addım” proqramının rəhbəri olub. 1998-ci ildən bugünədək bir sıra beynəlxalq qurumlar tərəfindən elan olunmuş müsabiqələrin qalibi olub.

Rusiya Federasiyası, Orta Asiya və digər MDB, eləcə də Şərqi Avropa ölkələri və Monqolustanda təhsil üzrə məsləhətçi xidmətləri göstərib.