Bəzi yerlərdə havaların isinməsi səbəbindən ağcaqanadlar da yayılmağa başlayıb. Onların Qərb Nil virusu yaydığına diqqət çəkən professor Dr.Hüseyn Yılmaz bəzi xəbərdarlıqlar edib.
“Koronavirus xəstəliyinin ağcaqanadlardan keçmədiyi araşdırmalar nəticəsində məlum olmuşdur” deyən Yılmaz “Qan sovuraraq infeksiya yayırlar. Onlar toplamda ciddi rəqəm olan 50yə qədər virus yoluxdururlar. Trakya bölgəsində 5 minə yaxın ağcaqanad topladıq. 5 min ağcaqanaddan birində Qərb Nil virusu ortaya çıxdı” deyə bildirib. Dr. Hüseyn Yılmaz insanlara evlərinin pəncərələrinə tor qoymaqlarını, onlardan ciddi surətdə qorunmaqlarını, ağcaqanad qovucularından mütəmadi istifadəni tövsiyə edib.
Hüsniyyə İdrisova,
BSU-nun IV kurs tələbəsi