05 may 2021 18:06
952

Putin və Ərdoğan arasında telefon danışığı olub: Qarabağ müzakirə edilib

Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“İki sahil” xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı xəbərə görə, telefon danışığı zamanı Putin və Ərdoğan aktual regional problemləri müzakirə ediblər.

Rusiya və Türkiyə liderləri Suriya və Liviya münaqişəsi barədə fikir mübadiləsi aparıblar.

Tərəflər Ağdamda yerləşən Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti və münaqişə zonasında bütün hərbi fəaliyyətlər kontekstində Dağlıq Qarabağ nizamlanması probleminə toxunublar.