05 may 2021 19:40
978

AFFA rəsmisi ÇL-nin final oyununda

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti beynəlxalq oyuna təyinat alıb.
"İki sahil" xəbər verir ki, bu barədə AFFA xəbər yayıb.

Bildirib ki, qadınlar arasında UEFA Çempionlar Liqasının final oyununun UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq. İsveçin Göteborq şəhərindəki “Qamla Ullevi” stadionunda keçiriləcək finalda “Çelsi” (İngiltərə) və “Barselona” (İspaniya) komandaları qarşılaşacaq.