05 may 2021 20:44
866

Kasilyasın səhhəti pisləşdi

"Real"ın sabiq qapıçısı İker Kasilyasın səhhəti yenidən pisləşib.

"İki sahil" xəbər verir ki, bu barədə Qol.az məlumat yayıb.

Bildirilib ki, 39 yaşlı keçmiş qolkiper aprelin  28-i gecə saatlarında ürəyində kəskin ağrılarla və sürətli döyüntü ilə bağlı həkimə müraciət edib. Kasilyas müayinə olunub. Lakin onda infarkt riski aşkarlanmayıb. Buna görə də Kasilyas səhər saatlarında klinikanı tərk edib.

Qeyd edək ki, İker Kasilyas 2019-cu ildə "Portu"nun məşqində infarkt keçirib və əməliyyat olunub. O, 2020-ci ildə karyerasını bitirib.