06 may 2021 14:16
913

Amerikalı alimlər: Dedi-qodu faydalı imiş

ABŞ-ın Dartmund Universitetindən olan alimlər belə qənaətə gəliblər ki, qeybət sosium üçün faydalıdır.

Amerikalı mütəxəssislər dedi-qoduların funksiyasını araşdırıblar. Şayiələrin yayılmasının effektivliyinin sosial şəbəkənin işinə bənzədiyi məlum olub. Mütəxəssislər bu cür hərəkətlərin müsbət tərəflərini vurğulayıblar. “Birincisi,  danışaraq, müasir cəmiyyətdə mühüm rol oynayan ünsiyyəti gücləndiririk. İkincisi, dedi-qodu məlumat yaymanın xüsusi bir formasıdır”,-deyə onlar bildiriblər.

Tədqiqatların nəticələrinə görə, müəyyən edilib ki, insanlar zamanlarının təxminən 14 %-ni şayiələrin yayılmasına sərf edirlər.Burada yalnız mənfi xarakter daşıyan söhbətlər nəzərdə tutulmur. Buna görə də, dedi-qodu münasibət qurma metodudur, vacib xüsusiyyəti qarşılıqlı inamdır. Bu məlumat mübadiləsi ictimaiyyətlə əlaqələrin güclənməsinə kömək edir.

 

Nubar Süleymanova, “İki sahil”