Son 24 saat ərzində infeksiyalar 352.991-ə yüksəldi, Dehli və digər yerlərdəki xəstələrlə dolu xəstəxanalar tibbi oksigen və yataq ehtiyatları tükəndikdən sonra xəstələri geri çevirməyə başladılar. Paytaxt Yeni Dehlidəki Sir Ganga Ram Xəstəxanasının sözcüsü (nümayəndəsi) "hazırda xəstəxana həddindən artıq böhran vəziyyətindədir" deyə bildirib.
Yeni Dehli də daxil olmaqla həddindən çox zərər görən şəhərlərdə cəsədlər yandırılırdı. "Əgər heç vaxt yanma mərasimində olmamısınızsa, ölümün qoxusu sizi əsla tərk etməz. Bu cəhənnəmin içindən olan Dehli və Hindistandakı bütün dostlarım və ailəm üçün ürəyim parçalanır" deyə ABŞ-dakı Massachusetts Texnologiya İnstitutunun (MIT) siyasi elmlər üzrə professoru Vipin Narang "Twitter"də bildirib.
Bazar günü prezident Coy Bayden ABŞ-ın Hindistana peyvəndlər, tibbi avadanlıqlar və qoruyucu vasitələr göndərəcəyini söyləyib. Almaniya da yardım göndərməyə söz verən ölkələrin artan siyahısına qatılıb. Sağlamlıq mütəxəssislərinin infeksiya və ölüm hallarının çox daha yüksək olduğunu söyləməsinə baxmayaraq, Səhiyyə Nazirliyi 1.3 milyard əhalisi olan Hindistanda bir gecədə 2.812 ölüm faktından sonra rəsmi sayda 17.31 milyon infeksiya və 195.123 ölümlə bağlı məlumatları paylaşdı.
Jalə Abbasova,
BSU-nun tələbəsi