06 may 2021 15:26
1539

Yumurtanın içindəki ağ hissəsi nə üçün faydalıdır? - FOTO

Yumurta sarısının hər iki tərəfinə yapışmış ip kimi şeyin əslində heç bilmədiyiniz bir faydası var. Yumurtanın içindəki ağ sapı xatırladan hissəyə kalaza deyilir.

Ümumiyyətlə, yumurtanın ağ hissəsinin cücə ilə əlaqəli olduğu düşünülür. Eyni zamanda, yumurtadakı həmin ağ hissəni görəndə ürəyiniz də bulana bilir.

Bu ağ hissə yumurta sarısını ortada sabit saxlamağa kömək edir. Eyni zamanda, bu hissə yumurtanın təzə olduğunu göstərir. Yumurta rəfdə saxlanıldıqda, yəni köhnələndə bu ağ hissə tədricən yox olmağa başlayır. Deməli o ağ hissəni gördükdə qorxmamalısan, əksinə sevinməlisiz.

Vüsal Cahanov, “İki sahil”