06 may 2021 16:12
1046

Qırmızı dənizin yaşı bəlli olub

Qırmızı dənizin dəqiq yaşını müəyyən etmək mümkün olub. Səudiyyə Ərəbistanı, Almaniya və İslandiyadan olan alimlər tədqiqatlar apararaq dənizin yaşını tapıblar.

"Hər şeyə yenidən başlamağa və yer qabığını duz təbəqələrini görməyimizə imkan verən ağırlıq və zəlzələlər haqqında məlumatları istifadə etməyə qərar verdik", - deyə Səudiyyə Ərəbistanındakı Kral Abbullah Elm və Texnologiya Universitetinin alimləri bildiriblər.  Mütəxəssislər okean qabığının qitədən daha sıx olduğunu müəyyən ediblər. Bu səbəbdən bu cür fərqlər yerli cazibə sahəsində əks olunur. Qırmızı dənizin vulkanları olan klassik gənc okeanın strukturundan öz sadə geoloji quruluşu ilə fərqləndiyi də öyrənilib.  

Qırmızı dəniz həmişə gənc hesab edilsə də, geofiziklər Qırmızı dənizin əvvəlcədən düşünüləndən iki qat daha qədim olduğunu təsbit etdilər. Yeni məlumatlar göstərir ki, dəniz hövzəsinin əmələ gəlməsi və Qırmızı dəniz yarığının bütün uzunluğu boyunca okean qabığının əmələ gəlməsi təxminən 13 milyon il əvvəl başlamışdır. Tədqiqat nəticələri “Nature Communications” jurnalında dərc edilmişdir.

Nubar Süleymanova, “İki sahil”