Bütün gününü oturanlar, yemək yeyəndən sonra hərəkətsiz qalan insanların nəzərinə çatdırırıq ki, gündə sadəcə 15 dəqiqə idmanla məşğul olanlar orta hesabla 3 il daha artıq yaşayırlar. Rus mətbuatının verdiyi məlumata görə, Tayvanda 400 min insan ilə 8 il ərzində aparılan araşdırmalar bunu deməyə əsas verir.
Tayvan Milli Sağlamlıq Araşdırması İnstitutunun əməkdaşı Chi-Panq Venin sözlərinə görə, bir necə idman hərəkəti daha sağlam həyat tərzi yaşamağa kömək edir. O, qeyd edib ki, gündə sadəcə 15 dəqiqə idman etməklə bütün insanların, hətta yüksək risk qrupunda olanların belə həyatı daha sağlam ola bilər. Alimlər bu araşdırmada iştirak edən insanları heç hərəkət etməyən və çox fəal olmaqla 5 qrupa ayrılıblar. Təcrübə zamanı ən yüksək nəticəni heç idman etməyən, sadəcə 15 dəqiqə aktiv hərəkətə vaxt ayıranlar göstəriblər. Bu cür həyat tərzi xərçəng riskini 10, ürək problemlərini isə 20 faiz azalda bilər.
Samirə Tağıyeva, "İki sahil"