06 may 2021 17:52
1185

Nyu-Yorkda “gəmi nərdivanı”

Nyu-Yorkda ingilis dizayner Tomas Hezervik tərəfindən hazırlanan “gəmi nərdivanı” Manhettendəki “Hudson Yards” kompleksinin bir hissəsi olmaqla unikal layihə sayılır.

"İki sahil" xarici saytlara istinadla xəbər verir ki, layihəyə əsasən çoxsaylı və bir-birinə qarışan pilləkənlərdən ibarət olan dairəvi qurğu ilə kiçik müşahidə platformaları yaradılıb.

Nəticədə ziyarətçilər “sonsuz” pilləkən təsirini yaradan “nərdivandan” ətrafdakı mənzərəni istənilən istiqamətdə seyr edə bilərlər.

Kompleksdə, həmçinin kinoteatr, sərgilər üçün 2 qalereya və məşq zalları nəzərdə tutulub.