07 may 2021 10:20
657

128 illik tarixi olan bina

Bakının “Azneft” meydanında yerləşən və vaxtilə Azərbaycanın neft milyonçularından biri, xanəndə Seyid Mirtağı Mirbabayevə məxsus sarayın tikintisinə 1893-cü ildə icazə verilmişdi.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR “telegram” səhifəsində bununla bağlı paylaşım edib.

Paylaşımda qeyd olunur ki, S.M.Mirbabayevin sarayında 1918-20-ci illlərdə Azərbaycan Xalq Cumhuriyyətinin dövlət nazirlikləri, 1921-ci ildən isə “Azərneft” fəaliyyət göstərirdi. Uzun illər binada SOCAR-ın Baş ofisi fəaliyyət göstərmişdi. 128 illik tarixi olan binada hazırda SOCAR-ın “Azneft” İB fəaliyyət göstərir.