Avstriyada texnologiya mühəndisləri gözdən əlillər üçün "İnnoMake" ağıllı ayaqqabılar hazırlayıblar.
“İki sahil” xəbər verir ki, ağıllı ayaqqabıları Avstriya texnologiya şirkəti Tec-Innovation mühəndisləri hazırlayıb.
Görmə qüsurlu insanlar ayaqqabının ucuna yapışdırılan ultrasəs sensorları sayəsində maneələrdən xəbərdar olurlar.
Avtomobil park etmə sensorlarına bənzər sistemin istifadə edildiyi ağıllı ayaqqabılarda, görmə qüsurlu olan bir istifadəçi maneəyə yaxınlaşdıqda titrətmə sayəsində xəbərdarlıq edilir.
Xatırladaq ki, şirkət dəyəri 3 min 800 dollar olan ağıllı ayaqqabıların önümüzdəki illərdə süni intellekt dəstəkli bir kamera ilə inkişaf etdirməyə başladıqlarını ifadə edib.
Vüsal Cahanov, “İki sahil”