Özünüzü bir neçə yaş cavanlaşdırmaq üçün bir tək kosmetoloq və ya plastik cərraha müraciət etməklə deyil, həmçinin idmanla məşğul olaraq da buna nail ola bilərsiniz.
İdman qocalma əlamətləri ilə mübarizədə ən yaxşı müttəfiq sayılır. Bəs görəsən idmanın hansı növü sağlamlıq üçün daha faydalıdır?
Qaçış
Gəzinti və qaçış bizə bərabər intensiv kardioyüklənməni təmin edərək, infarkt təhlükəsini azaldaraq, ürək-damar sistemini gücləndirir. Bundan əlavə gəzinti və qaçış — arıqlamağa kömək edir, oynaq və əzələləri məşq etdirir, düz qaməti təmin edir, qanı oksigenlə zənginləşdirir və maddələr mübadiləsini aktivləşdirir.
Yoqa
Heç müşahidə etmisiz ki, yoqa instruktorları hər zaman öz yaşlarından daha cavan görsənirlər? Bunun başlıca səbəbi düzgün tənəffüs, oynaq və bel sümüyünə olan mötədil yüklənmədir. Yoqa ilə məşğul olmaq diqqət konsentrasiyası ilə stressdən azad edir. Bu rasional tənəffüs sayəsində olur ki, o, orqanizmə oksigenin daha çox daxil olmasını təmin edir. Kapilyarların düzgün işləməsi üçün edilən məşqlər oksigeni daxili orqanlar və hüceyrələrə çatmasına kömək edirlər. Bu isə dərinin möhkəmliyini və rənginin gözəl olmasın təmin edir.
Üzgüçülük
Üzgüçülük ilə məşğul olmaq əzələ və bel sümüyünə, antiselüllit, qan dövranını yaxşılaşdıran massaj seanslarını əvəz edə bilir. Bel sümüyü və oynaqlara təsir etməyən yüklənmə travma və zədələnmələri aradan qaldırır. Su ilə təmas isə mikrosirkulyasiyanı yaxşılaşdıraraq,dərinin elastikliyini artırır.Tezləşən limfaaxını metobolizmin bir çox məhsullarını xaric edərək, hüceyrələrin bərpa olunmasını tezləşdirir.
Feysbilding
Feysbilding — Bu prosedur həm qırışlardan, həmçinin əzələ sıxlaşmalarından azad olmaq üçün istifadə edilir. Bu kimi problemlərdən azad olmaq üçün üzü tam rahatlamaq və lazımı əzələləri məşq etdirmək lazımdır. Bu kimi hərəkətləri həftədə 3 dəfə mütəmadi etmək lazımdır.
Samirə Tağıyeva, "İki sahil"