Con Kennedi
Amerikanın mərhum prezidenti Con Kennedi hər səhər mütləq 4 qəzət oxumalı idi və buna sərf etdiyi zaman 20 dəqiqədən çox olmamalı idi.
Sara Bernar
Məşhur səssiz filmlərin əvəzəolunmaz aktrisası Sara Bernar çəkişlərdə fasilə yaranan zaman ayaq üstə yatırdı. Aktrisanın digər qəribəliyi isə evdə olarkən aktrisa tabutda yatmağa üstünlük verməsi idi.
Kventin Tarantino
Məşhur rejissor Kventin Tarantino ssenarilərini əl ilə yazır və yalnız sonra kompyuterin arxasında əyləşərək, onları mətn redaktorunda yığmağa başlayır. Tez yazmağı bacarmayan rejissor yalnız bir barmağından istifadə edir. Onun sözlərinə görə, beləliklə o, hazırladığı ssenarini birdə yoxlamış olur.
Jonh Quincy Adams
Amerika Birləşmiş Ştatlarının 6-cı prezidenti olmuş Jonh Adamsın da qəribə bir vərdişi var idi. O, şaxtalı günlərdə belə Potomac çayında üzməyi çox sevirdi. Bir gün maraqlı bir hadisə baş verir. Müsahibə verməyi xoşlamayan Adamsın çayda çimərkən, onun paltarını gizlədən jurnalistə müsahibə verməyə məcbur olub.
Stiv Jobs
“Apple” şirkətinin qurucusu Stiv Jobsun pəhriz və gigiyena ilə əlaqədar qeyri-adi vərdişləri var idi. Belə ki, Jobs ömrünü uzatmaq üçün sadəcə kök və alma yeyərdi. Onun düşüncələrinə görə, meyvə və tərəvəzlər ilə qidalanan insanların bədəninin qoxusu da gözəl olur.O, həmçinin duş qəbul etməyi heç sevmirdi. Bu vəziyyət işçiləri və iş yoldaşları üçün dözülməz idi.Şübhəsiz ki , Jobs bacarıqlı və ağıllı adam idi, lakin onun vərdişləri olduqca qəribə idi.
Benjamin Franklin
Amerika Birləşmiş Ştatlarının qurucularından biri olan Benjamin Franklin açıq pəncərənin yannda çılpaq oturaraq hava vannaları qəbul edirdi. O, təmiz havanın insanı bütün xəstəliklərdən qoruduğuna inanırdı.
Yoshiro Nakamatsu
92 yaşlı məşhur ixtiraçı Yoshiro Nakamatsu beyninin oksigen ehtiyacını ödəmək üçün hər gün bir müddət ərzində suyun altında qalır.
Nikola Tesla
Heç vaxt ailə həyatı qurmayan məşhur serb fiziki Nikola Tesla mikroblardan dəlicəsinə qorxduğundan əllərini gün ərzində dəfələrlə yuyarmış. Daima mehmanxanalarda yaşayan dahiyə hər gün 20-30 ədəd dəsmal verirdilər. Həddindən artıq təmizkar fizik nahar edərkən stola milçək qonardısa, o, ofisantlardan dərhal yeməklərinin dəyişməyini tələb edirdi. Dahi fizik, həmçinin yeriyəndə addımlarını və yeyəndə tikələrini sayırdı. Bunu edə bilməyəndə nə gəzməkdən, nə də yeməkdən ləzzət ala bilirdi, buna görə süfrə arxasında tək oturmağa üstünlük verirdi.
Hans Kristian Andersen
Deyilənlərə görə, danimarkalı nağıl yazarı Andersen heç vaxt nə kişi, nə də qadınlarla münasibətlərdə olmayıb. Ucaboy, arıq, göy gözlü yazıçı tez-tez depressiyaya düşürmüş. Boynunun çox hündür olmasına görə onu “leylək” və ya “işıq dirəyi” adlandırırmışlar. Məşhur yazar iki şeydən qorxurmuş: oddan və diri basdırılmaqdan. Oddan qorxduğu üçün özü ilə həmişə ip gəzdirərdi, diri basdırılmaqdan qorxduğu üçün dostlarından tabuta qoyulmamışdan əvvəl damarlarından birini kəsməsini xahiş etmişdi. Nağılbazın digər qəribəliyi isə, idi ki, çox savadsız olduğu üçün bütün əsərlərində çoxsaylı hərf səhvləri edirdi və onun bu səhvlərini düzəltmək üçün 3 nəfər köməkçisi var idi.
Lev Tolstoy
Məşhur rus yazıçısı Lev Tolstoy qraf olsa da, sadə insanların həyatı ilə yaşayırdı. O, ən ağır kənd işlərini görməkdən həzz aladı. Dəryazla ot biçmək, odun doğramaq və torpağı şumlamaq onun ən sevimli məşğuliyyətləri idi. Bir gün belə işlərsiz qalan yazıçı özünü pis edirdi, hətta yuxusuzluqdan əziyyət çəkirdi.
Mikalancelo Buonarotti
Orta əsrlərdə yaşayan məşhur italyan heykəltəraşı və memarı Mikalencelo şəxsi gigiyena qaydalarına riayət etmirdi. O, çox nadir hallarda çimirdi, geyimini və yataq dəstlərini demək olar ki, heç dəyişmirdi.
Riçard Qoutona
Məşhur şair Riçard Qoutonaya ilham gələndə ağlını itirir, qayçı ilə hər şeyi doğrayırdı. Beləliklə, şair evdəki bütün mebeli və hətta həyat yoldaşının bütün paltarlarını doğramışdı.
Samirə Tağıyeva,"İki sahil"