11 may 2021 19:46
1143

Romada 9 Neandertalın qalıqları tapılıb - FOTO

İtalyan arxeoloqlar Neandertalların çoxunun kaftarlar tərəfindən öldürüldüyünə, sonra isə yuvaya sürükləndiklərini düşünürlər.

İtalya arxeoloqları Romadan 100 km Cənub-Şərqdə yuvalarında kaftarlar tərəfindən ovlandığı və parçalandığı iddia edilən doqquz Neandertalın sümüklərini tapıblar.

Latın Arxeoloji Rəhbərliyi və Roma Tor Vergata Universitetinin alimləri qalıqların yeddisinin yetkin kişiyə və bir qadına, digəri isə gənc bir oğlana aid olduğunu söyləyiblər.

Mütəxəssislər fərdlərin fərqli dövrlərdə yaşadıqlarına inanırlar. Bəzi sümüklərin yaşı 50.000 ilə 68.000 il arasında ola bilər, ən qədim qalıqların isə 100.000 il olduğuna inanılır.

Kəllə qapaqları və çənə sümükləri də daxil olmaqla Neandertal qalıqları 1939-cu ildə təsadüfən tapılmış bu uzaq insan qohumlarının qalıqlarının varlığı ilə məşhurluq qazanan Guattari mağarasında tapılıb. O zamandan bəri Guttaridə heç bir insan qalıqları tapılmamışdı.

Tor Vergata Universitetinin arxeologiya professoru Mario Rolfo "Bu möhtəşəm bir tapıntıdır" deyib: "Bəlkə də zəlzələ nəticəsində baş verən çökmə bu mağaranı 60.000 ildən çox müddətə möhürlədi və bununla da içəridə qalan qalıqları on minlərlə il ərzində qorunub."

Tədqiqatçılar insanların yanında tərəvəz izləri ilə yanaşı, həmdə kərgədan, nəhəng maral, vəhşi atlar və vəhşi kaftarların izlərini tapıblar.

Tədqiqatçılara görə Neandertalların çoxu kaftarlar tərəfindən öldürülüb və sonra yuvalarına çevirdikləri mağaraya sürüklənib. İçəri gətirildikdən sonra da yırtıcılar öz ovlarını yeyiblər.

Mütəxəssislər bu vəhşi yırtıcıların mağaraya sahib çıxmazdan əvvəl bir vaxtlar bu mağaranın Neandertalların evi olmasını istisna etmirlər.

M.Rolfo tədqiqatçı qrupunun bu şəxslərin həyat və tarixlərini anlamaq üçün DNT-lərini analiz etmək istədiklərini açıqlayıb.

Diş daşlarının (tartar) ilkin təhlili onların qidalanmasının müxtəlif olduğunu ortaya qoydu. Əsasən beyinlərinin böyüməsinə kömək edən taxıl məhsulları istehlak ediblər.

Fuad Həsənov, 

BSU-nun tələbəsi