11 may 2021 20:19
1281

Fast-food restoranların oyuncaqlarından kolleksiya yığan Filippinli - FOTO

Filipinli qrafika sənətçisi Lugue Percival 5 yaşından bəri McDonald's, Burger King və ölkədə çox sevilən Jollibee kimi fast food restoran şəbəkələrindən oyuncaqlar toplamağa çox həvəsi var idi. Təxminən beş on il sonra 50 yaşındakı  Percivalın evində yerdən tavana qədər uzanan  20.000 oyuncaq var idi və 2014-cü ildə kolleksiyası 10.000-dən çox saya çatdıqda “Ginnessin rekordları”na düşməyi bacarıb. Percival həmişə oyuncaqlar ilə oynayırdı və oyuncaqlarını vurub-qıran digər uşaqlardan fərqli olaraq o oyuncaqlarına yaxşı qulluq edirdi, hətta onları nümaiş belə etdirirdi.

"Dostlarımı “McDonald”s”da nahar etməyə dəvət edərdim və bir oturuşda bütün dəsti tamamlayardım" deyə o bildirib. Ən dəyərli oyuncaqlarından biri anasının 1988-ci ildə ona verdiyi Jollibee-dan olan bir maskot "Hetty Spaghetti" heykəlciyi idi. İndi onun xəyalı sonda kolleksiyasını insanlara nümaiş etmək və ya hətta "başqalarına öz uşaqlıq xatirələrinə yenidən səyahət etmək şansı vermək" üçün bir muzey açmaqdır.

Jalə Abbasova,

BSU-nun tələbəsi