Rusiyanın "Roscosmos" kosmos agentliyinin cümə axşamı verdiyi açıqlamada kosmosda çəkilməsi planlaşdırılan ilk filmdə qeyri-peşəkar heyət üzvü və aktyor kimi xidmət etmək üçün dörd nəfəri seçildiyini deyib. “Roscosmos” və NASA-ya görə, onlardan bəzilərinin 5 oktyabrda Beynəlxalq Kosmik Stansiyaya çatdırılması üçün Yer kürəsini 354 km yüksəklikdə dövr edən “Soyuz MS-19” gəmisinə göndərilməsi planlaşdırılır. “Roscosmos” "Onlar digər şeylərdən əlavə santrifuqa testləri, titrəmə stendi testlərindən keçməli, sıfır ağırlıqlı bir təyyarədə giriş və təlim uçuşları yerinə yetirməli ve paraşüt təlimindən keçməli olacaqlar" deyə bildirib.
Agentliyin bildirdiyinə görə, film "Çağırış" adlı başlığa sahibdir və dörd nəfər bu ayın sonuna qədər kosmosa uçuş üçün təlimlərə başlayacaq. Tibbi müayinədən sonra və dram üçün aktyor heyəti olaraq Rusiya 36 yaşlı aktyor Yulia Peresild və 37 yaşlı aktyor və rejissor Klim Shipenkonu əsas heyətə cəlb etmək üçün seçib.
33 yaşlı aktyor Alena Mordovina, kamera rejissoru, 40 yaşlı Aleksey Dudin ilə birlikdə ehtiyat heyət üçün namizəd göstərilib.
Jalə Abbasova,
BSU-nun tələbəsi