74 yaşlı Paul Alexander keçirdiyi iflicdən sonra 69 ildir “polad ağciyər”adlandırılan cihaza məhkum olunub. “İki sahil” xəbər verir ki, boynundan aşağı hissəsi iflic olan Paul heç bir halda ruhdan düşmədi və bir çox uğur qazandı.
Gəlin Paulun qeyri-adi həyat hekayəsi ilə birlikdə tanış olaq.
ABŞ-da son poliomielit epidemiyası zamanı yoluxmuş Paul Alexander demək olar ki, bütün ömrünü “polad ağciyər” adlı bir cihazda keçirib. Bu hava keçirməyən cihaz xəstənin boynundan sıxaraq ağciyərlərə oksigen vermək üçün kifayət qədər vakum yaradır.
Aparat olmadan nəfəs ala bilmir
Cihaz düzgün işləmədikdə, qocanın nəfəs alması qeyri-mümkün olur. O, bu cihazda yaşadıqlarını video paylaşma saytı “Youtube”a yüklədiyi videolarda izah edir. Bu xəstəlik 1979-cu ildə hazırlanan peyvənd sayəsində məhv edilib. O, günümüzdə bu xəstəlikdən iflic olan və sağ qalmaq üçün “polad ağciyər”ə güvənən tək-tük insanlardan biridir. Alexander avadanlıq istehsalçıları və sığorta şirkətlərinin 2015-ci ildə texniki xidmətdən kənarlaşdırdığı bu cihazın işlək olması üçün avtomobil təmirçilərinə ümid bəsləyir. Bütün bu çətinliklərə baxmayaraq, Alexander universitetə qəbul olaraq vəkil oldu. İnsanların onu görəndə dəhşətə gəldiyini bildirən Alexander ağzı ilə qələm tutaraq kitab yazır. İştirak etdiyi bir “YouTube” videosunda qarşılaşdığı çətinliklərə toxunan Alexander bu ifadələrdən istifadə edib: “Mənim hekayəm keçmişinizin və hətta əlilliyinizin niyə gələcəyinizi müəyyənləşdirməyinizə ehtiyac olmadığının bir nümunəsidir.”
Vüsal Cahanov, “İki sahil”