Yunanıstan pandemiya ilə əlaqədar məhdudiyyətlərin ləğvindən sonra ilk turistlərini qəbul edib.
"İki sahil" xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.
Məlumata görə, ölkəyə gələn qonaqlar musiqi, güllər və “samoqon”la (spirtli içki) qarşılanıb.
Koronavirus pandemiyası ilə əlaqədar Yunanıstan yarım il idi ki, lokdaun rejimində idi.