17 may 2021 14:55
2448

Ölkələr haqqında maraqlı faktlar - FOTO

Dünyamız bir birindən fərqli mədəniyyətlərə ev sahibliyi edir.

“İki sahil” xəbər verir ki, hər bir ölkə öz ənənələrini yaşatmağa çalışır. Turist olaraq səyahət etdiyimiz ölkələrdə öz mədəniyyətimizdən fərqli bir çox ənənə ilə qarşılaşırıq. Gəlin bu ölkəklərin bəziləri ilə daha yaxından tanış olaq.

Eyfel qülləsində hər gün 600 nəfərin işlədiyini bilirsinizmi? Hər gün minlərlə turisti qəbul edən qüllə, eyni zamanda Fransada turizm sektorundakı insanları da ciddi bir işlə təmin edir.

Böyük Çin Səddinin gücü düyüdən qaynaqlanır. İşçilər buranın tikintisində düyü unundan və sönmüş əhəngdən bir məhlul düzəldib kərpicləri bir-birinə yapışdırıblar.

Kanadada 3 milyondan çox göl var. Bu, da ümumi dünyanın yüzdə 60-dan çoxu deməkdir.

Tailandın paytaxtı Banqkokun adının əslində çox uzun olduğunu və heç kimin əzbərləyə bilmədiyi 168 hərfdən ibarət olduğunu bilirdinizmi? Şəhərin tam adı əslində bu qədər uzundur: Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara Ayuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Piman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit. Heç kim bunu deyə bilmədiyi üçün qısaca Banqkok adlanır.

Sakit okeanın cənubunda yerləşən Yap adasında rai adlı daşlardan pul kimi istifadə edilir. Ada sakinləri ortasında bir deşik olan bu nəhəng daşlardan istifadə edərək yaşayırlar. Bu daşlardan hələ də toylarda və torpaq alqı-satqısında istifadə olunur. Gündəlik alış-verişdə istifadə etmək mümkün olmasa da, şifahi olaraq bir insandan digərinə verilə bilər. Hər qayanın dəyəri onun ölçüsündən və haradan gətirildiyindən asılıdır. Qayanı çox uzaq bir yerdən gətirmisizssə, qayanın dəyəri artır. Ya da qayanı gətirən adam ölürsə, o daş yenə də digərlərindən daha dəyərli olur.

Ən ucuz taksi səfəri Misir və Hindistandır. Taksi səyahətinin ən bahalı olduğu ölkə isə İsveçrədir.

Piramidalardan bəhs edərkən ağla gələn ilk yer Misir ola bilər, ancaq dünyanın ən böyük piramidasına sahib ölkə Meksikadır. Böyük Çolula Piramidası zamanla torpaq və bitkilərlə kamuflyaj edildiyinə görə onu tapmaq asan olmayıb. Bu, Misirin ən böyük piramidası olan Xeopsdan 4 dəfə böyükdür.

Dünyada ən çox piramidaya sahib olan ölkə isə Sudandır. Burada düz 220 piramida var. Misirdə isə 118 piramida var.

Vüsal Cahanov, “İki sahil”