18 may 2021 11:05
935

Belarusun müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 18-də Azərbaycana rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, səfər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvətilə həyata keçirilir.