18 may 2021 14:36
795

Barselonaya tətilə gəlmişəm

"Al-Sadd"ın (Qətər) baş məşqçisi Xavi Barselonaya gedib.

"İki sahil" xəbər verir ki, İspaniya mətbuatı onun "Barselona" ilə danışıqlar aparmaq üçün bu addımı atdığını yazıb. Ancaq 41 yaşlı çalışdırıcı bu iddiaları təkzib edib: "Sizə danışacaq yeni bir şey yoxdur, İspaniyaya tətilə gəlmişəm".

Qeyd edək ki, Kataloniya təmsilçisində Ronald Kuman istefaya göndəriləcəyi təqdirdə, baş məşqçi vəzifəsinə namizədlər sırasında Xavi də var.