18 may 2021 14:38
838

"Azərbaycan Dəmir Yolları" QSC: Yükdaşımalar artıb

Bu ilin 4 ayında dəmir yolu ilə yükdaşımaları ötən ilin müvafiq dövrünə nisbətən artıb.

"İki sahil" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova deyib.

O bildirib ki, koronavirus pandemiyası Azərbaycanda dəmir yolu ilə yükdaşımalara mənfi təsir göstərməyib: "Hazırda xarici ölkələrdən yeni yüklərin cəlb edilməsi istiqamətində danışıqlar aparılır. Həmçinin Azərbaycandan keçən dəmir yolu dəhlizlərinə yeni ölkələrin cəlb edilməsi üçün də əməkdaşlıq əlaqələri qurulur".