18 may 2021 15:06
948

Ramana sakinindən avtomat götürüldü

Paytaxt sakinində qanunsuz silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbəsi ərazisində Ramana qəsəbə sakini İ.Nağıyevdən nömrəsi silinmiş “AKM” markalı avtomat silahı, 1 ədəd patron darağı və 26 ədəd patron aşkar edilərək götürülüb.