Sağlam və gümrah qalmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin.
Xolesterol səviyyəsini həmişə nəzarətdə saxlayın. Məlum olmuşdur ki, xolesterol səviyyəsi yüksək olan insanların həyatı təhlükə altında ola bilər.
Hər yaşda mütləq süd için. Çünki orqanizm kalsium və fosfor kimi minerallarla ehtiyacını 1 stəkan süd ödəyir.
Xərçəng və Alsheymer xəstəliklərinə qarşı antioksidanlarla zəngin olan qidaları süfrənizdən əskik etməyin.
Uzun müddət qulaqcıq taxmayın.
Şəkər, duzdan az yararlanın, qatı marqarin yağından mümkün qədər uzaq olun.
Telefona sol qulağınızla cavab verin.
Çalışın gündə bir dəfə qəhvə için.
Soyuq su ilə dərman atmayın.
Axşam saat 7-dən sonra yemək yeməyin.
Yağlı yeməklərdən az istifadə edin.
Səhər daha çox, axşam isə daha az su için.
İdman edin, avtomobillə gedəcəyiniz yerə piyada gedin.
Samirə Tağıyeva, "İki sahil"