Hal-hazırda Dubay dünyanın ən böyük və zəngin meqapolislərindən biridir. Bu gün ölkənin əsas gəlir mənbəyi yeni texnologiya, turizm və ölkələrarası ticarətdir. Bu nəhəng meqapolis haqqında topladığımız maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.
Burada dəvələri robotlar idarə edirlər
Dubayda dəvə yarışları ənənəvi əyləncədir və əsrlər boyu davam edib. Əvvəllər dəvələr təyin olunmuş yeri rahat qət etmələrİ üçün arıq uşaqlar seçirdilər. Bəzən uşaqları hətta ac saxlayırdılar. XXI əsrdə belə bir təcrübə ciddi etiraza səbəb oldu və nəticədə robotlaşdırılmış jokerlər hazırlandı. Bu jokerlər yüngül və bacarıqlı idilər.
Poçt ünvanlarının olmaması
Dubayda məktub göndərmək istəsəniz orada ünvanı qeyd etməyə ehtiyac yoxdur. Belə ki, hər bir insan xüsusi bazada qeydiyyatdadır və 10 nişanlı idendifikatora sahibdir. Siz sadəcə həmin idendifikatoru qeyd edirsiniz və poçt xidməti məktubu lazım olan yerə təslim edir.
Ən yüksək göydələn" Bürc Xəlifə"
Dünyanın ən böyük tikilisi sayılan "Bürc Xəlifə"də məhz Dubayda yerləşir. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Bürc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür.
Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir.Binanın tikintisi 1.5 milyard dollara başa gəlib.
Bina, həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir.
Bürc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Qeyri-adi xizək parkı
Dubayda sahəsi təxminən 2.2 hektar olan xizək parkında qeyri-adi qış atraksionu var. Həmin təchizat hər gün təxminən 30 ton qar istehsal edir. Burada dözülməz istilərdən bezən şəhər sakinləri və turistlər əsl qış tətili keçirə bilərlər. Qeyd edək ki, həmin məkanda 5 xizək trassından istifadə etmək olar. İnsanların diqqətini cəlb etmək üçün parka, həmçinin pinqvinləri də gətirirlər.
Küçədəki insanların demək olar ki, yarısından çoxu əcnəbilərdir
Demək olar ki, Dubayın yerli sakinlər şəxsi rahatlığı yüksək qiymətləndirirlər. Məhz buna görə də onlar evdə vaxt keçirməyə üstünlük verirlər. Dubay küçələrində gördüyünüz insanların əksəriyyəti Asiyadan iş dalınca bura gələn əcnəbilərdi.
Burada avtobus dayanacaqlarında belə kondisioner quraşdırılır
Qeyd etdiyimiz kimi, Dubay sakinləri öz rahatlığlarına çox düşkündürlər. Burada olan dözülməz istilər isə küçədə rahat hərəkət etməyi çox çətinləşdirir. Buna görə də Dudayda bir çox yerlərdə kondisionerlər quraşdırılır, hətta dayanacaqlarda da. Dubayda süni adalar yaradılır
Süni adaların tikintisi torpaq çatmazlığı baxımından mükkəmməl bir ideyadır. Çünki Dubayda torpaq sahəsi çox bahadır, xüsusilə də sahillərdə. Varlı iş adamları süni adalar yaradaraq bahalı evlər və otellər tikirlər.
Dünyanın ən bahalı otel otaqları
Qeyd edək ki, dünyanın ən dəbdəbəli otellərindən biri olan "Atlantis The Palm" otelindəki VİP-i otaqlarında bir gecəlik qalmaq üçün təxminən 30.000 dollar ödəmək lazımdır . Təbii ki, bu məbləğə 3 yataq otağı, bir neçə cakuzi, eksklüziv içkilər olan bir bar, bilyard masası, fərdi menyu ilə kiçik bir yemək otağı, kitabxana və masaj otağından istifadə daxildir.
Dubayda 18+ məzmunlu saytlar qadağan olunub
Son illər ərzində burada 600 mindən çox erotik məzmunlu saytlar bloklanıb. Burada nəinki erotik saytlar, həmçinin qumar və hətta tanışlıq saytlarının hər hansı bir təzahürü qadağandır.
Dünyanın ən təhlükləsiz şəhərlərindən biri
Demək olar ki, Dubay yer üzündə ən təhlükəsiz şəhərlərdən biri kimi tanınmaqdadır. Cinayət səviyyəsinə görə Dubay yalnız Finlandiya və Qətərdən biraz geri qalır.
Dünyanın ən böyük ərazisi 46.5 hektar olan "Dubai Mall"
1 milyon kvadratmetrdən çox ərazisi ilə dünyanın ən böyük ticarət mərkəzi kimi tarixə düşən "Dubai Mall" , 2008-ci ildə Burc xəlifəni əhatə edən "Downtown Dubai"nin bir hissəsi olaraq xidmətə başladı.
Ticarət mərkəzi 1200-dən çox mağazaya ev sahibliyi edir. Lüks markaların məkanı kimi tanınan bu nəhəng ticarət mərkəzində , həmçinin yüzlərlə fərqli restoranlar var. Məhz burada müxtəlif ləzzətləri dada bilərsiniz. Hər il bura alış-veriş məqsədi ilə gələn insanların sayı artıq 54 milyonu ötür. Qeyd edək ki, "Dubai Mall" yeganə ticarət mərkəzidir ki,ərazisinə görə hətta Avropanın bəzi ölkələrindən böyükdür. Məşələn, Vatikanın ərazisi 44 hektardır, "Dubai Mall"un isə 46.5 hektardır.
Burada insanlar arasında öpüşmək qadağandır
Dubay çox müasir şəhərlərdən biri olsa sa, burada hələ də ictimai yerlərdə öpüşmək olmaz.Bu incə məqan bir çox turistləri narahat etsə də,lakin hələ də qüvvədədir. Burada tərtib olunan qanunlardan biri də odur ki, evli olmayan cütlük qapalı bir məkanda qala bilməz. Bu qanunlara riayət etməyən insanlar isə cəzalandırılır.
Qızıl zinyət əşyaları satan avtomatlar
Dubayda küçədə zinyət əşyaları, bahalı elektronika və hətta qızıl əşya satılan avtomatlar yerləşdirilib. Burada bankomatlardan nadir hallarda istifadə olunur. Belə ki, bu şəhərdə gündəlik həyatda kağız pullardan istifadə etməyə üstünlük verilir.
Yerli polislər xüsusi bahalı maşınları idarə edirlər
Dubayda polislərin aktiv olması üçün onlara "Buggati", "Ferrari" və "Lamborcıni" kimi sürətli və bahalı markaların maşınları verilir.
Unutqan milyonerlər
Dubayda küçədə gəzərkən üzərini toz basmış çox bahalı avtomobilə rast gələ bilərsiniz. Belə ki, burada bəzən insanlar avtomobillərini harada qoyduqlarını unudurlar və əvəzinə yeni maşın alırlar. Lakin polis işçiləri həmin avtomobillərin küçədə çox qalmasına imkan vermir və onları avtodayanacaqlara yerləşdirirlər. Bundan başqa, Dubayın varlı hesab olunan əhalisi mütəmadi olaraq pul ilə və ya zinyət əşyaları ilə dolu çantalarını da müəyyən bir məkanlarda unuda bilərlər.
Samirə Tağıyeva, "İki sahil"