Şimal ölkələri kifayət qədər soyuq və günəş işığından məhrum olsa da, bu şəhər digərlərindən çox fərqlənir.
“İki sahil” xəbər verir ki, Norveçin Oslo şəhərinin qərbindəki Rjukan şəhəri çox maraqlı bir xüsusiyyətə malikdir.
Yüksək dağlarla əhatə olunmuş bir vadidə yerləşən bu şəhər illərdir günəş işığı görmür. 6 aydır heç günəş görməyən və qaranlıq olan bu qəsəbə problemlərinə tapdıqları həll yolu ilə diqqət çəkib. Oslonun şimal-qərbindəki Rjukan qəsəbəsi sentyabr ayından mart ayının sonuna qədər günəş görmür. Bir sənaye şəhəri olan Rjukan 2013-cü ildə günəş şüalarına qovuşub.
Günəşi şəhərlərinə gətirmək üçün elm adamları bir həll yolu tapıblar. Dağların kölgəsində bir vadidə yerləşən qəsəbəni işıqlandırmaq fikri 100 il əvvəl tapılıb. Ancaq texnologiya çatışmazlığı səbəbindən tapılan layihə tarixə çevrilib. 2013-cü ildə Rjukan qəsəbəsi bu layihə ilə günəşi qarşılayıb. Qəsəbədəki dağın ən yüksək hissəsinə helikopterlərlə nəhəng güzgülər quraşdırıblar. Heliostat kimi bilinən bir cihaz günəşin hərəkətini izləyir və günəş şüalarını qəsəbəyə əks etdirir. Beləliklə illərin günəş həsrəti bu kiçik qəsəbə üçün sona çatıb. Artıq qəsəbə meydanında insanlar 6 aydır günəşi görür və dadını çıxara bilirlər.
Qəsəbə bələdiyyə başçısı da hər kəsin bu vəziyyətdən məmnun olduğunu və meydanda işığı görmək və istini hiss etməyin çox yaxşı olduğunu söyləyir.
Qeyd edək ki, bu layihənin ilk nümunəsi 2006-cı ildə İtaliyanın şimalındakı Viganella kəndində uğurla həyata keçirilib. 2013-cü ildə Rjukan qəsəbəsi bu layihəni qəbul edərək tətbiq edib.
Vüsal Cahanov, “İki sahil”